"Neftçi" və "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunlarına hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Bakı klubunun İsraildə Hayfa "Makkabi"sinə qarşı keçirəcəyi matçı Şimali Makedoniya Futbol Federasiyasından Aleksandr Stavrev idarə edəcək. Ona həmyerliləri Deyan Kostadinov və Qoçe Peterski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək.
"Qarabağ"ın Şotlandiya "Aberdin"i ilə səfər görüşü isə Avstriya Futbol Federasiyasıdan Harald Lexnerə tapşırılıb. Andreas Haydenrayx və Maksimilian Kolbiç yan xətt hakimləri, Culian Vaynberger dördüncü hakim olacaq.
Qeyd edək ki, hər cavab oyunu avqustun 26-da keçiriləcək.