UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək "Fola Eş" (Lüksemburq) - "Linfild" (Şimali İrlandiya) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right