Kipr AEL-nin futbolçusu Euller Silva Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la oyunlar öncəsi fikirlərini bildirib.
Newsport.az "Lance"yə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Ağdam klubu ilə onları çətin matçın gözlədiyini deyib: "Növbəti mərhələyə yüksəlmək üçün hər iki görüşdə möhtəşəm oynamaq istəyirik. Onlar öncəsi çox motivasiyalıyıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bunu gerçəkləşdirmək üçün mübarizə aparacağıq".
Qeyd edək ki, "Qarabağ" AEL ilə ilk oyununu avqustun 5-də "AEK Arena"da, cavab qarşılaşmasını avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.