UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Aşdod"la cavab oyununda (1:0) zədələnən "Qarabağ"ın futbolçusu Rahil Məmmədovun durumu ciddidir.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi III təsnifat mərhələsində Kiprin AEL klubu ilə baş tutacaq hər iki oyunu buraxacaq.
"Qarabağ" Limassol təmsilçisi ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.