"Qarabağ"ın kapitanı bu matçı da buraxacaq

"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə (Kipr) ilk oyuna itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, komandanın kapitanı Maksim Medvedev bu görüşdə də iştirak etməyəcək. "Aşdod" ilə 2-ci təsnifat mərhələsində ilk matçda qırmızı vərəqə alan 32 yaşlı futbolçu 2 oyunluq diskvalifikasiya olunub. Bu səbəbdən UEFA-nın AEL ilə görüş üçün hazırladığı protokolda da təcrübəli futbolçunun cəzalı olduğu göstərilib.

Qeyd edək ki, avqustun 5-də keçiriləcək AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab oyunu avqustun 12-si Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right