"Sumqayıt" bizi təəccübləndirmək istəyir"

"İlk oyunda çoxlu şansımız oldu, ammma onları dəyərləndirə bilmədik. Həmin oyuna yaxşı hazırlaşmışdıq. 16 dəfə küncdən zərbə yerinə yetirdik. Əlverişli nəticəyə ümid edirəm. Məqsədlərimiz eynidir. Heç nə dəyişməyib. Daha irəli getmək istəyirik".

Newsport.az  xəbər verir ki, bu sözləri Serbiyanın "Çukariçki"sinin futbolçusu Milan Saviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"la cavab oyunu öncəsi "Zurnal" nəşrinə müsahibəsində deyib.

O, daha sonra bildirib: "Səfərdə necə oynacağımızı bilirik. Ümid edirəm ki, ilk qarşılaşmadakı kimi Azərbaycanda da daha yaxşı komanda olduğumuzu sübut edəcəyik. "Sumqayıt" ilk oyunda şüurlu şəkildə müdafiə olundu. Ən az bir qol vura bilsəydik, cavab görüşü daha asan olardı. Rəqib bizi təəccübləndirmək istəyir. Azarkeşlərə yaxşı oyun göstərməyə çalışacaqlar. Bu matç üçün biletlərin hamısının satıldığını bilirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right