"Qarabağ"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod"un futbolçusu Məhəmməd Knaan əməliyyat olunduğu üçün Ağdam təmsilçisi ilə matçları buraxacaq.
Newsport.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi 2-3 ay müddətində yaşıl meydanlardan uzaqda qalacağına görə Bakıdakı matça da komandası ilə gələ bilməyəcək. Oyunçu özü isə açıqlamasında təmsilçimizlə görüşlərdə meydanda ola bilməyəcəyinə görə məyusluğunu ifadə edib:
“Mövsümün başlanğıcını və “Qarabağ”a qarşı oyunları buraxacağım üçün çox məyusam. Mümkün olan ən qısa zamanda geri qayıtmağa çalışacam. Komandamla Bakıya yollanmayacağam. “Qarabağ”la oyunu izləyəcəm və komandama uzaqdan dəstək olacam”.
Qeyd edək ki, komandalar arasındakı ilk matç iyulun 22-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 29-u İsraildə olacaq.