UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Soçi” “Matç Premyer” kubokunda “Rubin”ə 3:1 hesabı ilə qalib gəlib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan kubokunun sahibinin rəqibin futbolçusu Kristian Noboa hazırlıq barədə danışıb: “Komandamızda bir neçə yeni futbolçu var. Onların adaptasiyası üçün vaxt lazımdı. Əlbəttə ki, çətindi.
Çünki onlar rus dilində danışa bilmirlər. Lakin həmin futbolçular yaxşı forma yığıblar və komandamıza kömək olacaqlar. Çempionatın startına az qalıb. Lakin bütün komandalar üçün şərtlər eynidi”.