"Roma"nın yeni hədəfi Raul Ximenes oldu

"Roma" hücum xəttini "Vulverhemton"un futbolçusu Raul Ximeneslə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Joze Mourinyo öz agenti olan Jorje Mendeşə bu keçidi həll etməsini tapşırıb. Çünki meksikalı futbolçu həm də məşhur portuqaliyalı agentin müştərisidir.

Əgər "canavarlar" bu transferi maddi cəhətdən qarşılaya bilməsə, "Atalanta"nın kolumbiyalı forvardı Duvan Sapatanı almağa çalışacaq.

UEFA Konfrans Liqasında çıxış edəcək komanda indiyədək yalnız "Vulverhempton"dan portuqaliyalı qapıçı Rui Patrisiunu transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right