"Neftçi" "Dinamo"ya qalib gəldi Yenilənib

"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayıb.


Təmsilçimiz I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb. Boris Payçadze adına “Dinamo Arena”da keçirilən qarşılaşma "ağ-qaralar" 2:1 hesabı ilə qələbə qazanıb.

Komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. "Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" (Azərbaycan) 1-2

Qollar: Maruşiç, 36 - Namiq Ələsgərov, 23, Emin Mahmudov, 57
Baş hakim: David Fuksman (İsrail)
Tbilisi. Boris Payçadze “Dinamo Arena”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right