Azərbaycanlı hakim Konfrans Liqasında

FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb. Newsport.az xəbər verir ki,  30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında I təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.
 
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.
 
Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right