"Keşlə"nin rəqibi braziliyalı müdafiəçi aldı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Rodriqao transfer edilib. 25 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, son iki mövsümü Portuqaliyanın "Jil Visente" klubunda keçirib.

"Soçi" bundan əvvəl xorvatiyalı müdafiəçi Mateo Baraçı da heyətinə cəlb edib.

Xatırladaq ki, "Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-i səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right