Yeni mövsümə hazırlığı Bakıda davam etdirən “Qarabağ” və “Keşlə”yoxlama oyunununda üz-üzə gəlib.
Newsport.az-ın məlumatına görə, “Azərsun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 7:0 hesabı ilə qalib gəlib. Xayme Romero və Musa Qurbanın dubl etdiyi matçda hərəyə bir dəfə Abdullah Zubir, Kadi Borqes, Hüseyn Hüseynzadə fərqlənib.
Hər iki komanda bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.
Yoxlama oyunu
16 iyun
18:00. "Qarabağ" – "Keşlə" - 7:0
Qollar: Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88