"Sumqayıt"dan növbəti transfer

“Sumqayıt” 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib.
 
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. Hüseynov “20” nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

Xatırladaq ki, bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" bu yay Yusif Nəbiyev, Xəzər Məhmudov və Tərlan Əhmədlini də transfer edib.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right