"Sumqayıt"dan növbəti transfer

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Yusif Nəbiyevin ardınca daha bir futbolçunu heyətinə cəlb edib.
Newsport.az-ın məlumatına görə, "kimyaçılar" son mövsümü “Keşlə”də keçirmiş Xəzər Mahmudovla 2 illik müqavilə imzalayıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandasında “19” nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, ötən mövsümü 3-cü pillədə başa vuran "Sumqayıt" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right