"Keşlə" yay fasiləsində ilk transferini reallaşdırıb.
Newsport.,az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq "Qəbələ"də çıxış edən Merab Qiqauri heyətə cəlb edilib. Gürcüstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Bundan başqa, komandanın müdafiəçisi Şəhriyar Əliyevlə də müqavilə uzadılıb. Onun da yeni sözləşməsi 1 illikdir.
Xartırladaq ki, Azərbaycan kubokunun son qalibi olan "Keşlə" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.