Klublarımızın qatılacağı yeni turnirin kubokunu təqdim etdi

UEFA 2021/2022 mövsümündən keçiriləcək Konfrans Liqasının kubokunu təqdim edib.

Newsport.az-ın məlumatına görə, kubokun hündürlüyü 57,5 santimetrdir.

Çəkisi 11 kq olan mükafat iştirakçı komandaların sayına uyğun olaraq 32 altıbucaqlı lövhədən ibarətdir.

Yeni turnirdə 55 milli assosiasiyadan ümumilikdə 184 komanda iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right