Fransa çempionatında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, lider "Lill" son turda səfərdə "Anje"yə 2:1 hesabı ilə qalib gələrək 83 xalla çempion olub. Komandanın qələbə qollarını Conatan David (10-cu dəqiqə) və Burak Yılmaz (45+1 penaltidən) vurub. Bununla da, "Lill" 10 ildən sonra yenidən Liqa 1-in qalibi olmağı bacarıb. Çempiondan 1 xal geridə qalan PSJ 2-ci pillə ilə kifayətlənib. "Monako" isə 78 xalla 3-cü olub. Beləliklə, "Lill", PSJ və "Monako" Fransanı Çempionlar Liqasında təmsil edəcək. 4-cü və 5-ci pillədəki "Lion" və "Marsel" Avropa Liqasında oynamaq hüququ qazanıb. “Renn” isə Konfrans Liqasında çıxış edəcək.
Mövsümü son iki pillədə bitirən “Nim” və “Dijon” elitanı tərk edib. 18-ci yerin sahibi “Nant” isə Liqa1-də qalmaq üçün pley-off oyunu keçirəcək.
Qeyd edək ki, bundan əvvəl son 3 mövsümdə Fransa çempionatının qalibi PSJ olmuşdu.
Fransa Liqa 1, 38-ci tur
23 may
Anje – Lill 1:2
Qol: Fulqini, 90+1 – David, 10. B.Yılmaz, 45+1-pen.
Brest – PSJ 0:2
Qol: Favr, 37-öz qapısına. Mbappe, 71.
Lans – Monako 0:0
Lion – Nitsa 2:3
Qol: Ekambi, 14; 40 – Dolberq, 27. Kamara, 70. Saliba, 57.
Mets – Marsel 1:1
Qol: Bulaya, 90+6-pen – Milik, 90+13-pen.
Nant – Monpelye 1:2
Qol: Kolo, 33 – Laborde, 30. Delor, 76.
Reyms – Bordo 1:2
Qol: Ture, 15 – Adli, 44. Kvatenq, 58.
Renn – Nim 2:0
Qol: Jirassi, 25. Buriqe, 51.
Strasburq – Loryan 1:1
Qol: Diallo, 18 – Çaloba, 55.
Sent-Etyen – Dijon 0:1
Qol: Kamara, 39.