Azərbaycanlı futbolçu Gürcüstan klubunda

"Səbail"dən ayrılan  futbolçu Vüqar Bəybalayevin yeni klubu müəyyənləşib. O, Gürcüstanın yüksək liqa təmsilçisi "Telavi"  ilə bu ilin sonuna qədər müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görəbu barədə V.Bəybalayev Qol.az-a açıqlamasında deyib. 27 yaşlı yarımmüdafiəçi bildirib ki, Gürcüstan klubuna  böyük şərtlər irəli sürməyib:

"Burada ab-hava yaxşıdır. Düzünü desəm, müqavilə işlərini menecerim Erkin İbrahimov öz üzərinə götürdü, bu işdə onun əməyi böyükdür. Kluba gəlincə yaxşı klubudur, Konfrans Liqası üçün mübarizə aparır. Standartlara cavab verən bazası var".

Bəybalayev çıxış edəcəyi forma və maliyyə mövzularına da toxunub:

"Bildiyiniz kimi, "Səbail"də 5 nömrəli formada çıxış edirdim, amma "Telavi"də bu nömrənin sahibi var. 55 nömrəli formanı götürəcəm. Əlavə olaraq, klub hər qələbəyə görə bonus ödəniş edəcək, bundan başqa, yayda Azərbaycandan təklif gəlsə, razılığım olsa, şərtsiz buraxacaqlar. Əgər Avropa və ya Gürcüstanın başqa klublarından təklif alsam, o zaman kompensasiya ödəməli olacağam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right