Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurdu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Rakuv" komandasında debüt oyununda qol vurub.

Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində hazırda "Valletta" (Malta) ilə keçirilən görüşdə rəqib qapısına yol tapıb.

Start heyətdə meydana çıxan Mahir 53-cü dəqiqədə hesabı 1:1 edib.

Hazırda "Rakuv" 2:1 hesabı ilə öndədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right