"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sabah” – “KuPS” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Miika Nuutinen jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– İlk növbədə rəqibi təbrik edirəm. Lakin oyun iki mərhələdən ibarətdir. “Sabah”ın keyfiyyətli futbolçuları var və çoxlu qol imkanları yaratdılar. Lakin hələ heç nə bitməyib. Şanslarımız davam edir. Bir həftə sonra baş tutacaq cavab matçında yüksək səviyyədə oynamalıyıq ki, nəyəsə ümid edək.

– Bəxtinizin gətirdiyini düşünürsünüz? Hesab daha böyük ola bilərdi…
– Bəli, rəqibin yaxşı imkanları oldu. Lakin bugünkü nəticədən sonra hələ oyunda qalmışıq.

– 0:1 sizin üçün sərfəli nəticədir?
– Vaxtı aparmırdıq. Bu hesab bizim üçün münasib idi. Minimal fərq olsun deyə vaxt aparmaq fikrimiz yox idi.

– Bu gün qapıya bir zərbə endirdiniz, ancaq mərhələ adlamaq üçün cavab görüşündə iki qol vurmalısınız. Heyətdə ciddi dəyişikliklər olacaq?
– Oyunu təhlil edəcəyik. Cavab matçında qol vurmağın yollarını axtaracağıq.

– Bugünkü isti hava oyununuza necə təsir göstərdi?
– Finlandiyada hava şəraiti fərqli olacaq. Eyni zamanda meydança da süni örtüklüdür. Bu iki faktor üstünlüyümüz ola bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right