UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün təmsilçimiz "Zirə" Gürcüstanda meydana çıxıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Kutaisi "Torpedo"sunun qonağı olub. Qarşılaşma "qartallar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasındakı ilk matç "Zirə"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə 6:0 hesablı qələbə qazanan Azərbaycan klubu növbəti mərhələyə adını yazdırıb.