"Zirə"nin Konfrans Liqasındakı növbəti rəqibi bəlli oldu

Estoniyanın "Payde" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olub.

Newsport.az xəbər verir ki, Estoniya təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda Litvanın "Hegelmann" klubunu Parnüdə keçirilən görüşdə 3:0 hesabı ilə məğlub edib. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatdığından, iki oyunun nəticəsinə əsasən “Payde” növbəti mərhələyə yüksəlib.

Beləliklə, II təsnifat mərhələsində “Zirə”nin rəqibi məhz Estoniya klubu olacaq.

Bakı təmsilçisi isə Gürcüstanın "Torpedo" klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək ümumi hesabda 6:0 üstünlüklə növbəti mərhələyə adlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right