Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Newsport.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 16-da keçiriləcək “Hamrun” (Malta) - “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.