Konfrans Liqası: “Zirə”dən başqa qol vuran olmadı

Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Zirə”nin “Torpedo” (Kutaisi) üzərində darmadağına sevindiyi gündə digər iki görüş qolsuz yekunlaşıb.

“Nomads” evdə “Balkani” ilə, “Differdanj” isə “İlves”lə “sülh bağlayıb”.

Raundun qalan oyunları iyulun 9-da keçiriləcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul

Zirə (Azərbaycan) – Torpedo (Kutaisi, Gürcüstan) 3:0

Qollar: Ruan Renato, 32, Davit Volkov, 47, Ruan Renato, 63-pen.


Nomads (Uels) – Balkani (Kosovo) 0:0


Differdanj (Lüksemburq) – İlves (Finlandiya) 0:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right