“Zirə”yə qarşı sürpriz hazırlamışdıq” – “Torpedo”nun baş məşqçisi

Konfrans Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Torpedo” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Dirk Şuster jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Demişdiniz ki, bura sürprizlə gəlmişik. Deyəsən, sürpriziniz Gürcüstanda qaldı…
– Sürpriz hazırlamışdıq. Rəqibimiz çox güclüdür, istədiyimiz futbolu göstərə bilmədik. “Zirə”nin fərdi keyfiyyətləri yüksək olan oyunçuları var. Qol vurmaq istəyirdik, amma olmadı. Rəqib fərqlənəndən sonra bütün diqqətimizi itirdik. Azından bir qol vurmağa çalışırdıq. Dünən dediyim kimi, favorit komanda qələbə qazandı. Hesab 0:3 olandan sonra ruhdan düşdük.

– “Zirə” sizdən daha hazırlıqlı göründü. 75-80-ci dəqiqədən sonra sanki komandanız dayandı, artıq çatdıra bilmirdiniz. Bu, nə ilə bağlı idi?
– Futbolçularım sona qədər döyüşdü. Qol vurmaq istəyirdik, amma artıq 0:3-dən sonra başa düşdük ki, hesabı bərabərləşdirmək olmayacaq. Superkubok oyunundan sonra bura gəldik, futbolçularda yorğunluq var idi.

– Düşündüyünüz sürprizi Kutaisidə edə biləcəksiniz?
– Bir həftə sonra başqa cür oynamağa çalışacağıq. Daha diqqətli olmaq istəyirik. Düzdür, 0:3-dən geridönüş çətin olacaq, amma bunun üçün mübarizə aparacağıq. Heç deyilsə, əlavə vaxta aparmağı arzulayırıq. Futbolda hər şey mümkündür.

– Fanatlarınız çox qəzəbli idilər. Onların hiddətli olmağını necə şərh edərdiniz?
– Azarkeşlər kədərlidir, futbolçulara qarşı bu qədər aqressiv olmaqları doğru deyil, amma fanatları da anlamaq lazımdır, komandaları uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right