"Torpedo"nun futbolçusu Komnen Andriç: "Zirə"ni tam təhlil etmişik"

Gürcüstanın "Torpedo" klubu "Zirə"ni tam təhlil edib.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın futbolçusu Komnen Andriç mətbuat konfransında deyib.

Serbiyalı oyunçu Sumqayıtda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Zirə"ni tam təhlil etmişik. Azərbaycan çempionatını izləyirəm. İlk saniyələrdən topa nəzarət etməliyik. Yeni transferlər ediblər. Onları sürpriz komanda sayıram. Sabahkı matça hazırıq. Öz sözümüzü deməyə çalışacağıq".

Xatırladaq ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right