Dirk Şuster: "Zirə" "Torpedo" ilə dueldə favoritdir"

  • "Zirə" "Torpedo" ilə dueldə favoritdir.

Newsport.az-ın məlumatına görə, bunu Gürcüstanın "Torpedo" komandasının baş məşqçisi Dirk Şuster mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis Sumqayıtda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Azərbaycana ilk dəfədir gəlirəm. Rəqibə hörmətlə yanaşıram. Bura gələndə bir az problemlə üzləşdik. "Zirə" cütün favoritidir. Hər şey meydanda həll olunacaq. Meydanda əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Qələbə üçün gücümüzü göstərməyə çalışacağıq".

D.Şuster "Zirə"nin "Turan Tovuz"un cəzası səbəbindən avrokuboklarda iştirak hüququ qazanmasına toxunub:

"Həmin komandanı tanımasaq da, Kurban Berdıyevi tanıyıram. Futbolun qanunları var və "Turan Tovuz" cəza ilə üzləşib. Biz də avrokuboka çox hazırlaşa bilməmişik. Bir neçə gün öncə Gürcüstan Superkubokunun qalibi olduq. Komandamız ağır, sıx qrafiklə oynayır".

O, ölkəsindən bir neçə mütəxəssisin daha əvvəl Azərbaycanda işlədiyini xatırladıb:

"Azərbaycanda çox alman mütəxəssis işləyib. Berti Foqtsla əlaqəm olub. Hazırda ölkənizdə Almaniya məktəbi keçən oyunçular da var. Onlar təcrübəli insanlardır".

Xatırladaq ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right