“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Torpedo” (Gürcüstan) oyununun biletləri sabah satışa çıxarılacaq.

Newsport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlər iyulun 7-i saat 12:00-dan satışda olacaq. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 5, 10, 20, və 50 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”

“Azfar”ın “Baku Arena” filialında.

Qeyd edək ki, "Zirə" - "Torpedo" matçı iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right