"Zirə"nin Konfrans Liqası matçlarının məkanı və başlama saatı məlum oldu

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə qarşılaşacaq "Zirə"nin oyunlarının başlama saatları müəyyənləşib.

Newsport.az xəbər verir ki, ilk görüş iyulun 8-də Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengelia stadionunda keçiriləcək. Həmin matç da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right