Azərbaycan cüdoçusu Nizami İmranov (66 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Newsport.az xəbər verir ki, 1/4 finalda məğlub olan idmançı təsəlliverici görüşdə Fransa təmsilçisi Simon Lesauvageyə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) medal qazanmaq şansını itiriblər.
Bu gün start götürən “Böyük Dəbilqə” mayın 3-də başa çatacaq.