Millimizin üzvü oynadı, komandası növbəti mərhələyə yüksəldi

Millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqasında II mərhələ çərçivəsinin cavab matçı çərçivəsində Finlandiya təmsilçisi HİK-lə qarşılaşıb.

Newsport.az xəbər verir ki, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün matç penaltilər seriyasına qədər uzanıb. Belədə “Arda” 4:3 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Hüseynovun matçın start heyətində yer alıb və görüşün sonuna qədər meydanda olub. O, penalti seriyasında iştirak etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right