"Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti görüşünə çıxıb.
Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinin cavab görüşündə "Omoniya" ilə üz-üzə gəlib. Matç təmsilçisimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda "Omoniya" "Zirə"ni 6:0 məğlub etmişdi. "Qartallar" Konfrans Liqasında mübarizəni dayandırıb.
29 avqust
Konfrans Liqası, pley-off mərhələsinin cavab oyunu
20:00. "Zirə" (Azərbaycan) - "Omoniya" (Kipr) 1:0
Qol: Rafael Utsiq, 79
Baş hakim: Vitaliys Spasyonnikovs (Latviya)
“Liv Bona Dea Arena
İlk oyun - 0:6