Konfrans Liqasında 2 oyun keçirildi

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları davam edir.

Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Qazaxıstan "Astana"sı evdə Rumıniya "Hunedoara"sı ilə qarşılaşıb və 6:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Macarıstan "Fehervar"ı isə Kipr "Omoniya"sını qəbul edib. Kipr təmsilçisi 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. 

 “Omoniya" pley-offda "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) cütünün güclüsü ilə üz-üzə gələcək. 

14 avqust

"Astana" (Qazaxıstan) - “Hunedoara” (Rumıniya) - 6:1
Qollar: 
Qeoffrey, 13 (1:0), Tomasov, 57 (2:0), Qeoffrey, 68 (3:0), Qripşi, 73 (4:0), Tomasov, 76 (5:0), Velisar, 78 (5:1), Astanov, 84 (6:1)

İlk oyun – 2:1

“Fehervar” (Macarıstan) - “Omoniya” (Kipr) - 0:2
Qollar:
 Semedo, 28, Kakoullis, 90+5

İlk oyun – 0:1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right