Tahir Gözəl oyundan əvvəl Qurban Qurbanovla görüşdü

"Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə bu gün keçiriləcək cavab oyunundan əvvəl komandanı ziyarət edib.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşən klub rəhbəri onlara bugünkü səfər matçında uğurlar arzulayıb.

Onu da qeyd edək ki, bu gün Tahir Gözəlin 50 illik yubileyidir.

"Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb. Qalib gələn komanda qrup mərhələsinə yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right