"Qarabağ"ın "Ferentvaroş"u keçməklə avrokuboklarda qazandığı üstünlüklər

Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdıraraq (1:1, 3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ” avrokuboklarda üstünlük əldə edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu ən azı Avropa Liqasının qrupunu və həmin turnirin mükafatı kimi  3,63 milyon avronu avtomatik olaraq təmin edib.

Həmçinin, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının qrup mərhələsində bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in pley-offunda "Viktoriya" (Çexiya) qarşılaşacaq. 

“Qarabağ” pley-offda uduzacağı halda belə, Avropa Liqasının qrupunda mübarizəni davam etdirəcək. Yəni, "Qarabağ" ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right