Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sürix"i qəbul edəcək "Qarabağ"a sabah dəstək böyük olacaq.
Newsport.az-ın məlumatına görə, görüş üçün nə qədər biletin satıldığı məlum olub.
İndiyə qədər 23 min bilet satılıb.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 27-də İsveçrədə keçiriləcək.