“Bu, “Qarabağ”ın gücüdür” – Borges

“Qarabağ”ın futbolçusu Kadi Borges Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”ə qalib gəlmələri (ilk oyun 0:1, cavab matçı 5:1) barədə fikirlərini bölüşüb. 

Newsport.az-ın məlumatına görə, 26 yaşlı braziliyalı yarımmüdafiəçi Bakıdakı cavab görüşündən sonra açıqlamasında bunları deyib:

“Belə matçdan sonra nə demək olar? Bu, “Qarabağ”ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik. Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq”.

Borges 2-ci təsnifat mərhələsindəki rəqibləri olan İsveçrə “Sürix”inin də çətin komanda olduğunu bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right