Filip Ozobiç: "Oyunun məsuliyyətini dərk edirdik"

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyununda Polşanın "Lex" klubunu 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Newsport.az-ın məlumatına görə. Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç matçdan sonra CBC Sport kanalına açıqlama verib. İkinci qolun müəllifi olan futbolçu qələbəyə layiq olduqlarını deyib:

"Hər iki oyunda göstərdik ki, yaxşı komandayıq. "Lex"lə müqayisədə biz daha yaxşıyıq. Növbəti mərhələyə yüksəlməyə layiq idik. Oyunun məsuliyyətini dərk edirdik. Baş məşqçimiz də bizə əvvəldən tapşırıqları vermişdi. Tapşırıqları layiqincə yerinə yetirdik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right