Tsitaişvili “Qarabağ”a qarşı oynaya biləcək

“Lex” (Polşa) Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu öncəsi yeni transferi Georgi Tsitaişvili ilə bağlı problemi həll edib.

Newsport.az-ın məlumatına görə, Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçi Poznan təmsilçisinin formasını geyinə biləcək. Polşa klubu bunun üçün Kiyev təmsilçisinə 100 000 avro icarə haqqı ödəyib.

FİFA Ukraynada çıxış edən futbolçuların ölkədəki vəziyyətlə bağlı başqa klublara keçməsinə icazə verib. Amma qaydalara görə, Tsitaişvili avqustun 1-dən tez “Lex”in heyətində meydana çıxa bilməzdi. Futbolçu bu səbəbdən “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri ilk görüşü də buraxmışdı.

“Qarabağ”la “Lex” arasında cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right