Polşanın "Lex" klubu 2022/2023 mövsümündə ev oyunlarında geyinəcəyi formanı təqdim edib.
Newsport.az-ın məlumatına görə, Poznan təmsilçisinin forması mavi rəngdən ibarətdir. Komanda bu forma ilə ilk oyununu "Qarabağ"a qarşı keçirəcək.
Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 22:00-da baş tutacaq.
