Mahirin komandası Çempionlar Liqası ilə belə vidalaşdı

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Zaqreb "Dinamo"suna uduzub. İlk oyunda səfərdə 1:1 hesablı heç-heçə edən Varşava təmsilçisi ümumilikdə 1:2 hesabı ilə uduzub. Beləliklə, "Legiya" Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Mahir bu görüşə start heyətdə çıxıb və 56-cı dəqiqədə Tomas Pekhartla əvəzlənib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right