İnyesta ÇL-nın finalında oynamayacaq?

Çempionlar Liqasının finalında "Yuventus"la qarş.ılaşacaq "Barselona" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubunun təcrübəli futbolçusu Andres İnesta "Atletik"lə (3:1) İspaniya Kral Kubokunun final matçında zədələnib.

31 yaşlı futbolçu sözügedən qarşılaşmada baldır əzələsindən zədə alıb və matçı davam edə bilməyib. 55-ci dəqiqədə o, Xavi Hernandeslə əvəzlənib.

Onun italyanlarla matçda iştirak etməyəcəyi deyilir. Hər şeyə isə müayinədən sonra aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right