"Barselona" və "Yuventus" ilk dəfə finalda üz-üzə gələcək

Çempionlar Lqasının finalında üz-üzə gələcək “Barselona” və “Yuventus” ilk dəfə son qarşılaşmada kimin güclü olmasına aydınlıq gətirəcəklər.

Newsport.az-ın məlumatına görə,  “Bavariya”nı yarımfinalda mübarizədən kənarlaşdıran “Barselona” finalda rəqibinin “Real” olacağın gözləsə də, “Yuventus” senssasiya edə bildi. Bununla da iyunun 6-da Berlinin “Olimpiya Stadionu”nda üz-üzə gələcək komandalar ilk dəfə Çempionlar Liqasının finalında üz-üzə gələcəklər.

“Yuventus” son olaraq 2002-2003-cü illər mövsümündə finala yüksəlmiş və “Old Trafford” stadionunda əsas vaxtı qolsuz bitən oyunda penaltilər seriyasında 3:2 hesabıyla digər italiyan klubu “Milan”da məğlub olmuşdu.

 

“Barselona” isə sonuncu dəfə 2011-ci ildə “Mançester Yunayted”lə “Uembli” stadonunda final oynamış və ingilislərə 3:1 hesabıyla qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right