UEFA Çempionlar Liqasının formatında dəyişiklim etməyi planlaşdırır.
Newsport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, Ali Futbol Qurumu 2015-2016 mövsümündən etibarən qrup mərhələsinin püşkatması zamanı klubların reytinq cədvəlindən deyil, ölkələrinin UEFA sıralamasındakı yerindən istifadə edəcək. Belə ki, artıq gələn mövsümdən etibarən püşkatma zamanı ilk səbədə ilk 7 ölkənin çempionu və son Çempionlar Liqasının qalibi yer alacaq.
Qeyd edək ki, UEFA-nın bu qərarı gələn il elan edəcəyi gzlənilir.