"Yuventus" "Real"a qalib gəldi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

1/4 finalda "Atletiko"nu mübarizədən kənarlaşdıran "Real" bu mərhələdə "Yuventusla münasibətlərinə aydınlıq gətirəcək. Nəhənglərin ilk dueli İtaliyada olacaq. Turnirin əsas favoritlərindən olan ispan təmsilçisi Turindən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. "Borussiya"nı məğlub edib yarımfinala adlayan "Yuventus" artıq sensasiya imza atıb. "Qoca sinyora" "Real"ı keçməklə, növbəti uğura imza atmaq haqda düşünür.

Görüş Bakı vaxtı ilə 23:45-da başlayacaq.

 

Çempionlar Liqası, yarımfinal mərhələsinin ilk oyunları

5 may

23:45. "Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 2:1 
Qol: 
Morata, 9 (1:0), Ronaldo, 27 (1:1),Karlos Tevez 58 (pen)(2-1)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right