"Bavariya"nın 4 futbolçusu "Barselona"ya qarşı oynamayacaq

Çempionlar Liqasınınm yarımfinal mərhələsinin ilk görüşündə İspaniyada "Barselona" ilıə qarşılaşacaq "Bavariya" artıq bu ölkəyə yollanıb.

Newsport.az-ın məlumatına görə, Münhen klubu Kataloniyaya ciddi itkilərlə gələcək. Belə ki, Almaniya nəhənginin heyətində  Aryen Robben, Frank Riberi, David Alaba və Holqer Badştuber İspaniyaya gəlməyib. 

Hər 4 futbolçu zədə səbəbindən "Barselona" ilə ilk görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right