"Barselona" - "Bavariya": hakimlər müəyyənləşdi

Çempionlar Liqasının yarımfinal mərhələsində sabah keçiriləcək "Barselona" - "Bavariya" ilk matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmanı italiyalı hakim Nikola Ritsoli idarə edəcək. Ona həmyerliləri Elenito Di Liberatore və Mauro Tonolini köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Gianluka Kariolato yerinə yetirəcək.

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu mayın 6-ı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right