"Kamp Nou"da üç qol vurursunuzsa..." Ronaldo

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Barselona"ya 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, "Football İtalia"ya danışan portuqaliyalı hücumçu deyib: “Bu missiya demək olar ki, mümkün deyildi. Yaxşı başlamaq çox vacib idi. 20 dəqiqədə artıq hesabda 2:0 öndə idik və o andan etibarən bacaracağımıza inanırdıq.

Belə bir qələbə inamımızı gücləndirəcək. Bu cür ciddi komandaya qarşı matçda qələbəyə ehtiyacımız vardı. "Kamp Nou"da üç qol vurursunuzsa, qrupda qalib gəlməyə layiq olduğunuza şübhə ola bilməz".

Qeyd edək ki, bu qələbə sayəsində Turin təmsilçisi qrup birincisi olub. Ronaldo isə Kataloniya təmsilçisinə qarşı matçda iki dəfə penaltidən fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right