"Başakşəhər" Parisdə meydanı tərk etdi Hakimin irqçiliyinə görə

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ – “Başakşəhər” matçı yarımçıq dayandırılıb.

Newsport.az-ın məlumatına görə, buna oyunun 14-cü dəqiqəsində 4-cü hakim Sebastian Kolteskunun İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib.

Oyunda hesab 0:0-dır.

"Başakşəhər"in prezidenti Göksel Gümüşdağ isə baş verənlərlə bağlı "TRT Spor"a danışıb. O bildirib ki, 4-cü hakim meydandan kənarlaşsa, matçda davam edəcəklər. 4-cü hakim oyuna çıxacağı təqdirdə isə meydanda olmayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right